...

Danimarkadan olan turist Qarabağın infrastrukturu və təbiətinə heyran qalıb

Turizm Materials 24 Aprel 2025 15:13 (UTC +04:00)
Danimarkadan olan turist Qarabağın infrastrukturu və təbiətinə heyran qalıb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Şuşa.Trend:

Füzulidən Şuşaya gedən yolda mən çox gözəl mənzərələrlə qarşılaşdım və bundan böyük ilham aldım.

Trend xəbər verir ki, bunu “NomadMania” səyyahlar klubunun tərkibində Azərbaycanın Qarabağ bölgəsinə səfər edən, Danimarkadan olan turist Piter Fenqer deyib.

Onun sözlərinə görə, ən böyük təəssüratlarından biri də infrastrukturun möhtəşəmliyi olub:

“Burada yollar o qədər yaxşıdır ki. Mən heç vaxt belə yollarla getməmişəm. Bu işlərin belə tez bir vaxtda görülməsi sadəcə təəccüb doğurur. Bu, həmçinin, ətrafımızda gördüyümüz bütün yeni binalara aiddir, bu, sadəcə, inanılmazdır".

Piter Fenqer Azərbaycanın çox gözəl ölkə olduğunu əlavə edib.

“Mən burada olduğum müddətcə yalnız xoş təəssüratlar aldım. İnsanları gözəldir, dünyanın ən yaxşı yeməkləri burdadır”, - deyə o bildirib.

Qeyd edək ki, dünyanın 30 ölkəsinin - ABŞ, Britaniya, Belçika, Almaniya, İsveçrə, Polşa, Niderland, Fransa, Braziliya, Mərakeş, Danimarka, Çili, Portuqaliya, Sierra Leone, Ruanda, Suriya, Hindistan, Serbiya, Yunanıstan, Albaniya, Türkiyə, Slovakiya, Sinqapur, İtaliya, İspaniya, İran, Kamerun, Çin, Avstraliya və Yeni Zelandiyanın səyyah elitasında yer alan nüfuzlu beynəlxalq səyahətçilərin Qarabağa səfəri başlayıb.

Xatırladaq ki, Vətən müharibəsindən ötən 5 il ərzində dünyanın əsas beynəlxalq səyyah şəbəkələrinin – ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan Türkiyə Gəzginlər Klubu, Club-100 (İsveç), “Piki Reels” (Böyük Britaniya), “Vagaclub” (Norveç) klublarının geniş tərkibdə heyətlərinin 12 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Budəfəki səfər isə prosesin davamı olmaqla, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 13-cü qrup səfəridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti