...

Latviyanın "Eurovision 2012" təmsilçisi seçildi

Eurovision-2012 Materials 19 Fevral 2012 12:50 (UTC +04:00)
Latviyanın Ventspils şəhərində ölkənin ictimai kanalının təşkilatçılığı ilə "Eurovision 2012" yarışmasının milli seçimlər turunun final mərhələsi keçirilib
Latviyanın "Eurovision 2012" təmsilçisi seçildi

Azərbaycan, Bakı, 19 fevral / Trend müxbir V.Imanov/

Latviyanın Ventspils şəhərində ölkənin ictimai kanalının təşkilatçılığı ilə "Eurovision 2012" yarışmasının milli seçimlər turunun final mərhələsi keçirilib. Trend-in məlumatına görə, bu barədə Latviya KİV-ləri məlumat yayıb.

Yarışmanın qalibi Beautiful Song mahnısı ilə Anmari (Anmary) seçilib.

Rus əsilli olan Линда Амантова (lat. Linda Amantova), Аnmary kimi tanınır. O Yazep Vitola adına Latviya musiqi akademiyasını bitirib. Bundan əvvəl "Talantu Fabrika 2" müsabiqəsində yarışıb və ikinci yerə layiq görülüb.

Latviya Bakıda keçiriləcək "Eurovision 2012" müsabiqəsinin 22 mayda keçiriləcək ilk yarımfinalında çıxış edəcək.

Xatırladaq ki, Eurovision 2012-nin birinci yarımfinalı mayın 22-də, ikinci yarımfinalı mayın 24-də, finalı isə mayın 26-da olacaq.

Şou "Bakı Kristal Zalı"nda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti