...

Niderland təmsilçisi "Bakı Kristal Zalı"nda keçirilən müsabiqənin möhtəşəmliyindən danışıb (FOTO)

Eurovision-2012 Materials 15 May 2012 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend, müxbirlər E.Mehdiyev, V.İmanov/

Niderlandın "Eurovision 2012" mahnı müsabiqəsindəki təmsilçisi əslən türk olduğunu deyib.

Trend-in məlumatına görə, "Bakı Kristal Zalı"nda ilk məşqindən sonra keçirdiyi mətbuat konfransında Niderland təmsilçisi Joan Franka Azərbaycanın milli mətbəxinin çox dadlı və ləziz yeməkləri olduğunu diqqətə çatdırıb.

"Bakı Kristal Zalı"nda keçirilən mahnı müsabiqəsinin möhtəşəmliyindən danışan Franka deyib ki, musiqi həyatımızda müsbət rol oynayır. Belə bir yarışmada iştirak etməyin bir çox müğənnilərin arzusu olduğunu söyləyən Franka müsabiqənin əhəmiyyətini vurğulayıb.

O, ölkəsini layiqincə təmsil etmək və maraqlı bir performans nümayiş etdirmək üçün əlindən gələni edəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti