...

Maltanın "Eurovision 2012" təmsilçisi Eldar Qasımovla duet oxumağı planlanlaşdırır

Eurovision-2012 Materials 15 May 2012 17:20 (UTC +04:00)
Maltanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edən Kurt Kalleya "Eurovision 2011"-in qalibi Eldar Qasımovla duet oxumağı planlaşdırır.
Maltanın "Eurovision 2012" təmsilçisi Eldar Qasımovla duet oxumağı planlanlaşdırır

Azərbaycan, Bakı, 15 may /Trend, müxbirlər E.Mehdiyev, V.İmanov/

Maltanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edən Kurt Kalleya "Eurovision 2011"-in qalibi Eldar Qasımovla duet oxumağı planlaşdırır.

Trend-in məlumatına görə, "Bakı Kristal Zalı"nda ilk məşqindən sonra keçirdiyi mətbuat konfransında Malta təmsilçisi "Eurovision 2012"-də iştirak etməklə böyük təcrübə qazanacağına əmin olduğunu deyib.

O, Bakıda gedən sürətli inkişafı yüksək qiymətləndirərək Azərbaycanın Avropaya sürətlə inteqrasiya etdiyini vurğulayıb.

Bakıda ikinci dəfə olduğunu diqqətə çatdıran Malta təmsilçisi deyib ki, "Bakı Kristal Zalı" geniş imkanlara malikdir və burada hər bir iştirakçı üçün əlverişli şərait yaradılıb.

Xəbər lenti

Xəbər lenti