Gürcüstan, Tbilisi, 17 may /Trend, müxbir N.Kirsxaliya/
"Eurovision 2012" beynəlxalq mahnı müsabiqəsi çərçivəsində mayın 17-də Bakıda Gürcüstan gecəsi keçiriləcək. Bu barədə Trend cümə axşamı Gürcüstan İctimai Televiziyasına istinadən məlumat verir.
Gecəyə dəvət edilən qonaqlar, "Eurovision 2012"-nin iştirakçı ölkələrinin nümayəndə heyətləri Gürcüstan şərabı, pendiri və şirniyyatının dadına baxa biləcəklər. Gecə "EuroClub"da keçiriləcək.
Gecə çərçivəsində Gürcüstan müğənniləri Nini Şermadini, Nino Dzotsenidze, Veriko Turaşvili, Azərbaycanda yaşayan Manana Caparidze, habelə Anri Coxadzenın çıxışları planlaşdırılır.