Azərbaycan, Bakı, 27 may /Trend/
Fransanın "Eurovision 2012" təmsilçisi Anqun "Bakı Kristal Zalı"nın səhnəsində doqquzuncu sırada çıxış edib.
Anqun "Echo (You And I)" kompozisiyasını ifa edib.
Anqun deyib ki, onun üçün Fransanı bu yarışmada təmsil etmək böyük hədiyyədir.
37 yaşlı müğənni İndoneziyanın Cakarta şəhərində anadan olub və uşaq yaşlarından oxumağa başlayıb. Onun "Snow in the Sahara" adlı albomu dünyanın 30 ölkəsində, o cümlədən ABŞ-da buraxılıb. Müğənninin bu yaxınlarda "Echo (You&I)" adlı yeni albomu işıq üzü görüb.