...

Prezidentliyə namizəd Mixail Saakaşvilinin qərargahı bu gün MSK – ya öz tərəfdarlarının 150 000 imzasını təqdim edib

Dünya xəbərləri Materials 4 Dekabr 2007 20:57 (UTC +04:00)

Gürcüstan, Tbilisi/ Trend , müxbir N.Kirtsxaliya/ Prezidentliyə namizəd Mixail Saakaşvilinin qərargahı bu gün MSK - ya öz tərəfdarlarının 150 000 imzasını təqdim edib. Qərargah üzvü Qiqi Sereteli seçki kampaniyası prosesində imzaların toplanmasına noyabrın 27-dən başlanıldığını bildirib. "Lazımi sayda imza toplamaq bizim üçün heç bir çətinlik törətməyib. Fəallar imzaları bir həftə ərzində heç bir çətinlik olmadan toplayıblar" - Sereteli bildirib. Qeyd etmək lazımdlr ki, Milli Hərəkat prezidentliyə namizədlərin qərargahları arasından birinci olaraq öz tərəfdarlarının imzalarını MSK - ya təqdim edib. Birləşmiş müxalifət 70 min imza toplayıb və bu gün onları təqdim edib.

Xəbər lenti

Xəbər lenti