...

İranın dini mərkəzində "QİÇS" böhranı

Dünya xəbərləri Materials 10 Dekabr 2007 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / İranda dərc olunan statistik göstəricilərə görə, "QİÇS" virusunun ən çox yayıldığı bölgə İranın dini mərkəzi sayılan Qum şəhəridir.

" Dunyabulteni " saytının İran Səhiyyə naziri Əmir Əkbəriyə istinadən verdiyi məlumatda, "QİÇS" -ə cinsi yolla yoluxanların sayının steril olunmamış iynə ilə yoluxanların sayından qat-qat çox olduğu bildirilir. İran Səhiyyə nazirliyinin dərc etdiyi və İran mediasında səs-küyə səbəb olan məlumatlarda Qum şəhərində "QİÇS"-ə yoluxanların ümumi sayı 324 nəfər göstərilir. 57 nəfərin bu xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.

Xəstəliyə tutulanların 40 %-i 25-40, 32 % -i 35-44 , 18 %-i isə 45-54 yaş həddindədir.

Qumda olan xəstəxanaların lazımi tibbi ləvazimatla təşkil olunmadığını bildirən Əkbəri, xəstəliyə qarşı ən optimal mübarizə üsulunu əhalininin maariflənməsində görür. Qeyd etmək lazımdır ki, qeyri - rəsmi məlumatlara görə, Qumda "QİÇS" -ə yoluxanların sayının 1500 olduğu bildirilir. Əkbəri bu problemin həlli yollarından biri kimi, ölkədə din adamlarından da istifadə ediləcəyini deyib. Qeyd etmək lazımdır ki, rəsmi məlumatlara görə, İranda "QİÇS"-ə yoluxanların ümmi sayı 16 min nəfərdir.

Xəbər lenti

Xəbər lenti