...

Yaxın Şərqdə sülhə nail olmaq olar – Corc Buş

Dünya xəbərləri Materials 4 Mart 2008 22:39 (UTC +04:00)

ABŞ-nın prezidenti Corc Buş yaxınlarda baş verən zorakılığa baxmayaraq Fələstin və İsrail arasında olan münaqişənin həllində prezidentlik müddəti bitənə dək nikbinlik nümayiş etdirir.

"On ay - çox uzun müddətdir, kifayət qədər vaxtdır ki, razılaşmaya gəlinsin", - Buş, çərşənbə axşamı Ağ evdə İordaniyanın kralı Abdulla ilə görüşü zamanı deyib.

Keçən çərşənbədən Qəzza sektorunda vəziyyət birdən dəyişdi, 118 fələstinli həlak oldu. Qurbanların çoxu şənbə və bazar günlərinə təsadüf oldu - Ceballidə keçirilən yerüstü əməliyyat zamanı.

İsrail tərəfdən iki hərbiçi və Sderote şəhərində raket zərbələrinin qurbanı olmuş bir mülkü vətəndaş həlak oldular.

Xəbər lenti

Xəbər lenti