...

Bu gün İordaniya kralı və Misir prezidenti İsraildəki son siyasi hadisələri müzakirə edəcəklər

Dünya xəbərləri Materials 23 Sentyabr 2008 14:00 (UTC +04:00)

İsrail xarici işlər naziri Sipi Livninin "Kadima" partiyasının rəhbəri qismində seçilməsi, İordaniya kralı II Abdulla və Misir prezidenti Hüsni Mübarək arasında çərşənbə axşamı keçiriləcək danışıqların əsas mövzusunu təşkil edəcək. Bu barədə bu gün "Jerusalem Post" qəzeti xəbər verib.

Bu iki rəhbər İsraildəki son siyasi hadisələr, xüsusilə də Baş nazir Ehud Olmertin istefası və Livninin İsrail Baş naziri səlahiyyətlərinin icraçısı təyin edilməsi ilə bağlı son siyasi hadisələr üzrə ümumi mövqeyi koordinasiya etmək və hazırlamaq üçün Qahirədə görüşəcəklər. Əmmandakı İordaniya hökumətinin yüksək vəzifəli məmuru deyib ki, onun ölkəsi İsraildə cərəyan edən hadisələri diqqətlə izləyir və Olmertin istefasının fələstinlilər və İsrail arasındakı sülh prosesinə mənfi təsir göstərməyəcəyinə ümid edir.

"Bizim üçün hər şeydən vacib, iki tərəf arasında sülh danışıqlarının davam etdirilməsidir. Biz danışıqların İsraildəki siyasi hadisələrlə bağlı dayandırılmasını görmək istəmirik" - iordaniyalı məmur bəyan edib. Onun sözlərinə görə, II Abdulla seçkilərlə bağlı "narahat" deyil, belə ki, Livni Olmertin varisidir. "O, ötən il ərzində fələstinlilərlə aparılan sülh danışıqlarına kifayət qədər yaxından cəlb edilib. Livni Baş nazir olmaqla ən azı, hər şeyi sıfırdan başlamayacaq. O, sülh prosesinə dair dəfələrlə öz öhdəliyini bəyan edib", - Iordaniya hökumətinin nümayəndəsi deyib. 

İordaniyada İsraildəki seçkilərlə bağlı optimizmin mənasını açıqlayan şərhçi Saleh Əl-Qələb gündəlik "Al-Rai" qəzetində yazıb ki, ərəblərin Livnidən qorxmasına heç bir əsas yoxdur: "Çünki onun nə dərəcədə radikal olmasından asılı olmayaraq, o, heç vaxt Menaxem Begin (Misirlə sülh sazişi bağlayan İsrailin keçmiş Baş naziri) kimi radikal olmayacaq.

Misir hökuməti məmurları və şərhçilərinin reaksiyasına əsasən, Livninin İsrailin Baş naziri səlahiyyətlərini həyata keçirmək üçün seçilməsi, deyəsən, rəsmi Qahirəni də narahat etmir.

Misir diplomatının məlumatına görə, Hüsni Mübarək yeni koalisiyanın formalaşdırılmasını başa çatdırdıqdan sonra Livnini Qahirəyə dəvət etməyi planlaşdırıb. 

Xəbər lenti

Xəbər lenti