...

Kosovo ilə Cənubi Osetiya arsında oxşarlıq yoxdur - Gürcüstanın xarici işlər nazirinin birinci müavini

Dünya xəbərləri Materials 30 Sentyabr 2008 17:06 (UTC +04:00)

Fransa, Strasburq, 30 sentyabr/ Trend müxbir A. Məhərrəmli/ Gürcüstanın xarici işlər nazirinin birinci müavini Georgi Bokeriya, çərşənbə axşamı ASPA - nın sessiyasında Gürcüstan nümayəndə heyətinin jurnalistlər üçün təşkil etdiyi mətbuat konfransında, Kosovo ilə Cənubi Osetiya arasında oxşarlıqdan çox fərqli məqamların olduğunu bildirirb.

"Kosovo ilə Cənubi Osetiya arasında oxşarlıq yoxdur.Kosovoya gəldikdə, demək lazımdır ki, beynəlxalq birlik etnik təmizlənməyə son qoymaq üçün müdaxilə etmişdir. Bundan sonra Kosovo BMT administrasiyası idarəçiliyi altında olub. Cənubi Osetiyanın timsalında, azlıq təşkil edən tərəfin coxluğa qarşı etnik təmizlənməsinin şahidi oluruq" - deyə, Bokeriya qeyd edib.

Onun sözlərinə görə, Gürcüstan hakimiyyətinin müdaxilə etməməsi etnik təmizlənmənin ölkə ərazisinin bir hissəsini ələ keçirməsi ilə nəticələnə bilərdi.

"Etnik təmizlənməyə əsaslanan xalqların öz müqəddəratını təyin etmək hüququ qəbuledilməzdir" - deyə xarici işlər nazirinin birinci müavini qeyd edib.

Çıxışının sonunda Bokeriya qeyd edib ki, Cürcüstan hökuməti münaqişəni həll etmək üçün beynəlxalq norma və prinsipləri tətbiq etməyə dörd il cəhd edib.

Xəbər lenti

Xəbər lenti