Gürcüstan, Tbilisi, 02 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ "Rusiyalı hərbçilər Tbilisini hücumla ələ keçirmək istəsələr də, kəskin debatlardan sonra siyasi rəhbərlik geri çəkilmək qərarına gəlib", - Gürcüstan prezidenti Mixail Saakaşvili müdafiə naziri ilə görüşdə bildirib.
"Bu barədə məndə düzgün məlumat var. Tbilisiyə hücum təhlükəsi real olub və o zaman Gürcüstan müstəqilliyini itirə bilərdir", - o qeyd edib.
Gürcüstan prezidenti vurğulayıb ki, beynəlxalq səylər və böyük qurbanlar qorxusu Gürcüstanın tam ilhaqının qarşısını alıb.