...

Gürcüstan DİN parlamentin eks-spikerinin partiyasının üzvlərinə qarşı yeni kompromat elan edib

Dünya xəbərləri Materials 25 Mart 2009 16:22 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 25 mart / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanın Daxili İşlər Nazirliyi Nino Burcanadzenin sədrlik etdiyi "Vahid Gürcüstan Demokratik Hərəkatı" partiyasının üzvlərinə qarşı yeni kompromat yayımlayıb. Bu kadrlarda polis tərəfindən saxlanılan partiyanın Acariyadakı başçısı Zurab Avaliani və partiya fəalı Nuqzar Qoqriçadzenin Batumi restoranlarının birində görüşdükdən sonra çoxlu sayda silah alqısı baş tutan bir mənzilə getmələri əks olunub.  

DİN-in təqdim etdiyi kadrlarda Avaliani və Qoqraçidze bildirirlər ki, minə yaxın silahlı meydana çıxacaq və "Saakaşvili onlara hakimiyyəti ələ almaqda mane ola bilməz".  

Partiyanın Samqor qərargah lideri - bir vaxtlar DİN sıralarını partiya liderinin həyat yoldaşı Badri Bitsadze ilə birgə tərk etmiş və sərhəd polisinə rəhbərlik etmiş Roin Buxraşviliyə qarşı da faktlar aşkarlanıb. Kadrlarda Buxraşvilinin silahdaşı ilə telefon danışığı zamanı Gürcüstanda vətəndaş müharibəsinin başlanmasının partiya maraqlarında olduğu, parlamentin ələ keçirilməsi planı barədə, Abxaziyada partizanların və soyğunçuların cəlb olunması barədə dedikləri qeydə alınıb.

"Bizdə hər şeyə hazır olan insanlar var. Bir həftə ərzində hakimiyyəti ələ keçirəcəyik. İnsanlar Mişaya (Saakaşvili) nifrət edirlər və onun getməsi üçün əllərindən gələni etməyə hazırdırlar", - telefon danışığı zamanı Buxraşvili deyib.   

Bu gün Tbilisi məhkəməsi Avaliani və Qoqriçadzeyə iki aylıq həbs cəzası kəsib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti