...

Obamanın Türkiyə və Ermənistan əlaqələrinin inkişafını istəməsini dəstəkləyirəm – ABŞ-ın keçmiş dövlət katibi

Dünya xəbərləri Materials 9 Aprel 2009 13:01 (UTC +04:00)

ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ Prezidenti Barak Obamanın Türkiyə-Ermənistan əlaqələrinin inkişaf etdirilməsini istəməsini dəstəkləyir. Bu barədə Amerikanın VOA News radiosuu məlumat verib.

"Hesab edirəm ki, Türkiyə ilə Ermənistan arasında ələqələrin inkişafı öz müsbət nəticəsini verəcək", - deyə Olbrayt bildirib. Olbrayt onu da qeyd edib ki, bu məsələni ilk növbədə Türkiyə və Ermənistan liderləri birgə həll etməlidirlər. 

Trend -un arayışı: Türkiyənin müxtəlif dairələri Ermənistanla sərhədlərin açılacağını bildirirlər.

Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti