...

ABŞ Prezidentini "donuz qripi"nə yoluxdura bilərdilər

Dünya xəbərləri Materials 27 Aprel 2009 16:18 (UTC +04:00)
ABŞ Prezidentini "donuz qripi"nə yoluxdura bilərdilər

ABŞ Prezidenti Barak Obama Meksikaya səfəri zamanı məşhur meksikalı arxeoloq Felipe Solislə birbaşa və uzunsürən əlaqədə olub. "Vesti"nin verdiyi məlumata əsasən, Solis ertəsi gün qripdən vəfat edib.

Londonun "İndependent" qəzetinin yazdığına görə, Obama həkimlər tərəfindən vacib müayinədən keçib və həyacana səbəb olan simptomlar aşkarlanmayıb.

Aprelin 16-da ABŞ Prezidenti Mexikonun mərkəzində yerləşən Arxeologiya muzeyində nahar süfrəsində iştirak edib. Masa arxasına oturmazdan əvvəl Solis Obamanı muzeyin otaqları ilə tanış edərək ekspozisiya barədə söhbət edib.

Ağ Ev, Prezidentin ertəsi gün ağciyər iltihabından vəfat edən arxeoloqla təmasda olduğunu təsdiqləyib. Meksika həkimlərinin məlumatlarına əsasən, "donuz qripi" virusu ölümə başlıca səbəb olan pnevmoniyanın inkişaf etməsinə gətirir. İTAR-TASS-ın verdiyi xəbərə görə, hazırda Meksika paytaxtındakı Arxeologiya muzeyi bağlanıb.

Aprelin 26-da Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "donuz qripi"nin "alovlanması" ilə əlaqədar dünya miqyaslı fövqəladə vəziyyət elan edib. ÜST tərəfindən sonuncu dəfə fövqəladə vəziyyət atipik pnevmoniya təhlükəsi üzündən 2003-cü ildə elan edilib.

Xəbər lenti

Xəbər lenti