...

İranda terrorçuluqda ittiham olunan iki nəfər həbs edilib

Dünya xəbərləri Materials 3 İyun 2009 14:01 (UTC +04:00)

İranın Zahidan şəhərində təxribat törətməkdə şübhəli bilinən bir neçə Əfqanıstan vətəndaşı həbs edilib, PRESSTV məlumat verib.

"İctimai binaları və maşınları məhv edən təxribatçılar istintaq bitəndən sonra Əfqanıstan hökumətinə veriləcək", - polis rəhbəri, general Əhməd-Reza Radan bildirib.

Həbslər Pakistanda fəaliyyət göstərən "Condullah" təşkilatının Zahidan şəhərində şiə məscidində baş vermiş partlayışa görə məsuliyyəti öz üzərinə götürdükdən sonra başlayıb. Partlayış nəticəsində 25 adam ölüb, 125 nəfər yaralanıb. Təşkilat partlayışı ölkədə seçkiqabağı vəziyyəti qeyri-stabil etmək üçün törətdiyini bildirib.

Radan bildirib ki, İran polisi ölkədə qeyri-qanuni yaşayan əcnəbilərin həbsi və ekstradisiyası ilə bağlı tədbirlər görəcək.

Xəbər lenti

Xəbər lenti