...

İsrailin müdafiə naziri ABŞ-da yəhudi qəsəbələri ilə bağlı problemin həlli yollarını müzakirə edəcək

Dünya xəbərləri Materials 29 İyun 2009 12:57 (UTC +04:00)

İsrailin müdafiə naziri Ehud Barak bazar ertəsi prezident Barak Obama adminsitrasiyası ilə İordan çayının qərb sahilində yəhudi qəsəbələrinin inşası məsələsi ilə bağlı iki ölkə arasındakı ziddiyyətləri müzakirə etmək üçün Vaşinqtona yola düşüb. Bu barədə İsrailin "Qaarets" qəzeti xəbər verib.

Barak bu məsələ ilə bağlı iki kompromis təklif etmək niyyətindədir: ya qəsəbələrin sayını müvəqqəti olaraq azaltmaq, ya da yaşayış bloklarının inşasını müvəqqəti dayandırmaq.

Müdafiə naziri ABŞ-ın Yaxın Şərqdəki xüsusi səfirinə İsrailin qəsəbələrin inşasını tamamilə dayandıra bilməyəcəyi barədə də məlumat verəcək.

ABŞ-ın qəsəbələrin genişləndirilməsinin dayandırılması tələbinə baxmayaraq, İsrail Modiin İlit rayonunda yüzlərlə yeni evin inşası barədə qərar qəbul edib.

Binalar ultraortodoksal qəsəbələrin qonşuluğunda və Qərb sahilində inşa ediləcək.

Xəbər lenti

Xəbər lenti