...

İsrail İsveçrə-HƏMAS danışıqlarından narazıdır

Dünya xəbərləri Materials 18 İyul 2009 17:13 (UTC +04:00)
İsraili Xarici İşlər Nazirliyi İsveçrə ilə Fələstinin Həmas hərəkatının diplomatik səviyyədə apardığı danışıqları tənqid edib.

İsrailin Xarici İşlər Nazirliyi İsveçrə ilə HƏMAS arasındakı diplomatik səviyyəli danışıqları pisləyir. Məlumatı Press TV saytı yayıb.

"İsrail bu fakta görə narazılığını bildirir. İsveçrə Avropa İttifaqının üzvü olmasa da, birliyin HƏMAS-ı terror təşkilatı kimi qəbul etməsi ilə hesablaşmalıdır", - İsrail XİN-in mətbuat katibi Yigal Palmor deyib.

İsrail qəzeti "Haaretz"-in yazdığına görə, ötən ay İsveçrədə Fələstin Administrasiyasının sabiq xarici işlər naziri və hərəkatın rəhbərlərindən biri Mahmud Zəharın başçılığı ilə yerli diplomatlarla HƏMAS hərəkatı arasında danışıqlar keçirilib.

Berndəki İsrail səfirliyindən bildirilib ki, İsraili beynəlxalq aləmdə əksər ölkələr tərəfindən terror qruplaşması kimi tanınan təşkilatın nümayəndəsinə İsveçrənin viza verməsi təəccübləndirir.

Berndəki rəsmi mənbələrin məlumatına görə, İsveçrə bitərəf dövlət kimi iki düşmən ölkə arasında vasitəçilik edib. Bu barədə Press TV xəbər verib.

İsveçrənin xarici işlər naziri Mişlin Kalmi-Re yerli radioya müsahibəsində bildirib ki, HƏMAS Yaxın Şərqdə əsas oyunçulardan biri olduğuna görə, onu Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həlli prosesindən təcrid etmək olmaz.

Xəbər lenti

Xəbər lenti