...

Türkiyə-Ermənistan futbol matçında Azərbaycan bayrağına qadağa qoyulması həqiqətəuyğun deyil - səfir

Dünya xəbərləri Materials 7 Oktyabr 2009 16:05 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Türkiyə ilə Ermənistan arasında oktyabrın 14-də Bursada keçiriləcək futbol matçında Azərbaycan bayrağına qadağa qoyulmadığını bildirib.
Türkiyə-Ermənistan futbol matçında Azərbaycan bayrağına qadağa qoyulması həqiqətəuyğun deyil - səfir

Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir R.Hafizoğlu/

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Türkiyə ilə Ermənistan arasında oktyabrın 14-də Bursada keçiriləcək futbol matçında Azərbaycan bayrağına qadağa qoyulmadığını bildirib.

"Azərbaycan bayrağının stadionda qadağan edilməsi boş şeydir. Hər iki ölkə bayraqları stadionda yer alacaq və heç kim buna mane ola bilməz", - Kılıç deyib.

Trend -un arayışı: Bu gün Bursa valisi Şehabeddin Harputun mətbuat katibi Nurdan Berkin Trend -a verdiyi açıqlamada Bursa valiliyi tərəfindən oktyabrın 14-də Türkiyə-Ermənistan matçında Azərbaycan bayrağının stadiona buraxılmayacağı barədə göstəriş verildiyini bildirib. Berkin valiliyin bunu hər hansı bir provokasiya hallarının qarşısının alınması üçün atdığını bildirib.

Kılıç onu da bildirib ki, bu bir futbol matçıdır və burada siyasi bir şey gözləmək olmaz.

"Bu bir futbol yarışıdır, siyasət isə başqa yerdə olur", - deyə səfir qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvabı: [email protected]

Xəbər lenti

Xəbər lenti