...

ISESCO şurası son iclasında 2015-ci il də İslam mədəniyyəti şəhəri elan olunması ilə bağlı Alma-Atanın namizədliyini təsdiqləyib

Dünya xəbərləri Materials 28 Noyabr 2009 12:38 (UTC +04:00)
ISESCO şurası son iclasında 2015-ci il də İslam mədəniyyəti şəhəri elan olunması ilə bağlı Alma-Atanın namizədliyini təsdiqləyib. Bu barədə Qazaxıstanın Misirdəki səfiri Bəxtiyar Tasımovla Qahirədəki görüşdə ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman ət-Tuveycri bildirib.
ISESCO şurası son iclasında 2015-ci il də İslam mədəniyyəti şəhəri elan olunması ilə bağlı Alma-Atanın namizədliyini təsdiqləyib

Qazaxıstan, Astana, 28 noyabr / Trend , müxbir K. Konirova/

ISESCO şurası son iclasında 2015-ci il də İslam mədəniyyəti şəhəri elan olunması ilə bağlı Alma-Atanın namizədliyini təsdiqləyib. Bu barədə Qazaxıstanın Misirdəki səfiri Bəxtiyar Tasımovla Qahirədəki görüşdə ISESCO-nun (Təhsil, elm və mədəniyyət məsələləri üzrə İslam Təşkilatı) baş direktoru Əbdüləziz bin Osman ət-Tuveycri bildirib. Qazaxıstan XİN-in mətbuat katibi İlyas Ömərov Trend -a məlumat verib.

"Əbdüləziz ət-Tuveycri bizim dövlət başçımızın sayəsində Qazaxıstanın qlobal beynəlxalq siyasətdə daha böyük rol oynamağa başladığını və yürütdüyü siyasəti yüksək qiymətləndirib", - Ömərov bildirib.

Onun fikrincə, Qazaxıstanın yüksəl nüfuzuna sübut 2011-ci ildə İKT-yə gözlənilən sədrliyidir.

"O, həmçinin 2010-cu ildə Qazaxıstanın ATƏT-ə sədrliyinin Avropa İttifaqı ölkələri ilə Aralıq dənizi ölkələri arasında mədəniyyət və humanitar sahələrdə ənənəvi əlaqələrin möhkəmləndirilməsinə imkan yaradacağına ümid etdiyini bildirib", - XİN-in mətbuat katibi deyib.

Xəbər lenti

Xəbər lenti