...

İranda müxalifət liderlərinin cinayət məsuliyyətinə cəlb olunması üçün bir milyon imza toplanıb

Dünya xəbərləri Materials 8 Fevral 2010 11:10 (UTC +04:00)

İranın müxtəlif şəhər və əyalətlərindən gəlmiş bir qrup şəxs "fitnə başçılarının" (müxalifət liderlərinin) həbs edilərək cinayət məsuliyyətinə cəlb olunması və məhkəməyə çıxıralıması üçün bir milyon nəfərin imzaladığı şikayət ərizəsini Məkəməyə təhvil vermək məqsədi ilə bu gün səhər Tehran Prokurorluğunun qarşısında toplaşıb. Bu barədə FARS xəbər agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, hazırda imzalanmış yüzlərlə şikayət ərizəsi xarici və daxili jurnalistlərə nümayiş olunur və bu gün günortayadək İran Prokurorluğuna təqdim olunacaq.

İranda iyunun 12-də keçirilmiş prezident seçkilərinin nəticəsində sabiq prezidentliyə namizədlər etiraz ediblər. İslahatçı namizədlər Mir Hüseyn Musəvi və Mehdi Kərrubi seçkilərdə geniş saxtakarlıq olduğunu bildiriblər. Seçkilərdən sonra İranda başlanan etiraz aksiyaları, müşahidəçilərin fikrincə, 1979-cu il İslam İnqilabından sonra analoqu olmayan səviyyədə keçib.

Dekabrın 27-də (Aşura günü) Tehranda müxalifət tərəfdarları ilə polis arasında qarşıdurma baş verib. İran polisinin rəsmi xəbər saytında yayılan məlumatda bildirilir ki, 8 nəfər həlak olub, onlardan 7-si kişi, 1-i isə qadındır. Onların adları da açıqlanıb. Beynəlxalq agentliklərin yaydığı məlumata əsasən, həmin gün baş verən hadisələrdə 15 nəfər həlak olub, 550-dən çox şəxs isə həbs olunub. Onlardan bir çoxu siyasi şəxsiyyətdir. Dekabrın 30-da hökumət tərəfdarları Aşura günü baş vermiş hadisələri mühakimə etmək məqsədi ilə İranın bütün şəhərlərində geniş mitinqlər keçirib.

Xəbər lenti

Xəbər lenti