...

İran ərəb ölkələri üçün "I Film" adlı yeni peyk kanalı açır

Dünya xəbərləri Materials 15 Fevral 2010 13:10 (UTC +04:00)
İranın dövlət televiziyası ərəb ölkələri üçün "I Film" adlı yeni peyk kanalı açacaq. Bu barədə Trend News İranın İLNA xəbər agentliyinə istinadən məlumat yayıb.
İran ərəb ölkələri üçün "I Film" adlı yeni peyk kanalı açır

İranın dövlət televiziyası ərəb ölkələri üçün "I Film" adlı yeni peyk kanalı açacaq. Bu barədə Trend İranın İLNA xəbər agentliyinə istinadən məlumat yayıb.

"I Film" peyk kanalı İranda istehsal olmuş serial və filmləri, elmi yarışmaları, qısametrajlı sənədli filmləri, reklam çarxlarını ərəb dilində yayımlayacaq. Bu kanal 24 saat fəaliyyət göstərəcək. Telekanal "Arabsat" və "NaylSat" kimi peyklərdən yayımlanacaq. Mart ayının 20-dək kanalın rəsmi açılış mərasiminin keçirilməsi ehtimal olunur.

Dünyada 300 milyon ərəbdilli xalq yaşayır.

Xəbər lenti

Xəbər lenti