Türkiyədə "Balyoz" adlı dövlət çevrilişinə hazırlıq planına qarşı xüsusi əməliyyat zamanı Hərbi Hava Qüvvələrinin sabiq generalı Engil Alan həbs olunub. Bu barədə CNN Turk telekanalının saytı məlumat verib.
Fevralda Türkiyə polisi Silahlı Qüvvələrin Baş Qərargah rəisi Ergin Sayqunu və sabiq ordu generalı Çətin Doğanı həbs etmişdi.
"Taraf" hökumət qəzetinin məlumatına görə, Türkiyənin silahlı qüvvələri "Balyoz" adlı xüsusi plan hazırlayıb. Plana əsasən, Ədalət və İnkişaf Partiyasının rəhbərlik etdiyi hazırkı hökumət İstanbuldakı məscidlərdə cümə namazı zamanı partlayışlar törədilməsi, ölkənin hərbi muzeyinin və Türkiyə HHQ-yə məxsus bir neçə qırıcı təyyarənin partladılması ilə devriləcək və buna görə məsuliyyət yunan tərəfinin üzərinə atılacaq. Qəzetin yazdığına görə, bu cür hərəkətlər ölkədə xaos yaratmalı və kütləvi həbslərə gətirib çıxarmalı idi.
Nəşrə görə, 2002-2003-cü illərdə planın hazırlanmasında və həyata keçirilməsində Türkiyə Silahlı Qüvvələrinin sabiq generalı Çetin Doğan iştirak edib.