...

Azərbaycanda "İqlim dəyişikliyi - vədlərdən əməllərə" mövzusunda konfrans keçirilir

Dünya xəbərləri Materials 1 May 2010 12:59 (UTC +04:00)
BMT-nin Azərbaycan nümayəndəliyi "İrəli" İctimai Birliyi ilə birlikdə "İqlim dəyişikliyi - vədlərdən əməllərə" mövzusunda ikigünlük konfrans keçirir.
Azərbaycanda "İqlim dəyişikliyi - vədlərdən əməllərə" mövzusunda konfrans keçirilir

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir M.Əliyev/

BMT-nin Azərbaycan nümayəndəliyi "İrəli" İctimai Birliyi ilə birlikdə "İqlim dəyişikliyi - vədlərdən əməllərə" mövzusunda ikigünlük konfrans keçirir.

"BMT 2010-cu ili bütün dünyada ekologiya sahəsində "Biomüxtəliflik ili" adlandırıb. Bu tədbir qloballaşma və diplomatiya sahəsində gənclərin biliklərinin artırılmasına, səmərəli danışıqların aparılmasına yönələn simulyasiya oyunundan ibarətdir. Tələbələr dünyanın ayrı-ayrı ölkələri üzrə araşdırmalar aparır, diplomat rolunda çıxış edir, beynəlxalq məsələləri müzakirə edir və sonda qlobal problemlərin həlli yollarını əks etdirən yeni qətnamə qəbul edirlər", - BMT-nin Bakı ofsinin İnformasiya Departamentinin rəhbəri Ənvər Səlimoviç jurnalistlərə bildirib.

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində keçirilən konfransda Bakının ali təhsil məktəblərindən 30 tələbə iştirak edir. Konfransın rəsmi dili ingilis dilidir.

Xəbər lenti

Xəbər lenti