...

Ərdoğan İran uranının mübadiləsi məsələsinin müzakirəsi ilə bağlı Braziliyaya səfər edəcək

Dünya xəbərləri Materials 24 May 2010 14:34 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan mayın 26-29-da Rio-de-Janeyroda keçiriləcək "Mədəniyyət İttifaqı"nın üçüncü forumunda iştirakı çərçivəsində çərşənbə axşamı Braziliyaya, daha sonra isə Argentina və Çiliyə səfər edəcək, - rus xidmət saytı TRT məlumat verir.
Ərdoğan İran uranının mübadiləsi məsələsinin müzakirəsi ilə bağlı Braziliyaya səfər edəcək

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan mayın 26-29-da Rio-de-Janeyroda keçiriləcək "Mədəniyyət İttifaqı"nın üçüncü forumunda iştirakı çərçivəsində çərşənbə axşamı Braziliyaya, daha sonra isə Argentina və Çiliyə səfər edəcək, - rus xidmət saytı TRT məlumat verir.

Ərdoğanın Braziliyaya səfəri mayın 17-də İran uranının Türkiyə ərazisinə ixracı və nəticədə, 20 faizli zənginləşdirilmiş uranla mübadilə üzrə Ankara, Braziliya və Tehran arasında üçtərəfli razılaşma haqqında müzakirələr fonunda baş tutacaq.

Beləliklə, İran rəhbərliyi 1,2 min kq zənginləşdirilmiş nüvə yanacağı almağı nəzərdə tutur.Tehranda zənginləşdirilmiş uranın tibb sahəsində tədqiqatlar aparmaq üçün vacib olduğu barədə bəyanat veriblər.

Uranın mübadiləsi barədə əməliyyatlar yenidən İrana qarşı sanksiyaların aparılmasının əlverişliliyi məsələsini gündəmə gətirib; belə ki, ölkə rəhbərliyi öz ərazisində uranın zənginləşdirilməsi planlarından imtina edib.

Mayın 18-də ABŞ-da Tehrana qarşı nəzərdə tutulmuş yeni sanksiyaların aparılması və BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsini müzakirəyə qoyublar. Hal-hazırda "altılıq"a daxil olan bütün ölkələri dəstəkləyən layihə Təhlükəsizlik Şurası tərəfindən gözdən keçirilir.

Türkiyənin Baş naziri İran Prezidenti Mahmud Əhmədinejadla telefon danışıqlarında bəyan edib ki, onun ölkəsi bütün səyləri ilə dünya ictimaiyyətinin Tehran sazişini dəstəkləməsi üçün çalışır.

Xəbər lenti

Xəbər lenti