...

İran müxalifəti prezident seçkilərinin ildönümündə mitinqlər keçirməyə hazırlaşır

Dünya xəbərləri Materials 3 İyun 2010 12:57 (UTC +04:00)
İranda ötən il keçirilən prezident seçkilərində məğlub olmuş sabiq namizədlər Mir Hüseyn Musəvi və Mehdi Kərrubi Tehran əyalət başçısına müraciət edərək, iyunun 12-də mitinq keçirmək üçün icazə verilməsini tələb ediblər. Bu barədə Trend İranın müxalifyönlü Kaleme.com saytına istinadən məlumat verir.
İran müxalifəti prezident seçkilərinin ildönümündə mitinqlər  keçirməyə hazırlaşır

İranda ötən il keçirilən prezident seçkilərində məğlub olmuş sabiq namizədlər Mir Hüseyn MusəviMehdi Kərrubi Tehran əyalət başçısına müraciət edərək, iyunun 12-də mitinq keçirmək üçün icazə verilməsini tələb ediblər. Bu barədə Trend İranın müxalifyönlü Kaleme.com saytına istinadən məlumat verir.

Məlumatda həmçinin bildirilir ki, islahat düşərgəsindən 8 partiya da ayrı-ayrılıqda prezident seçkilərinin ildönümü münasibətilə iyunun 12-də mitinq keçirmək üçün rəsmi icazə almaq məqsədilə Tehran əyaləti başçısına müraciət ediblər.

Onlar İran Konstitusiyasının 27-ci maddəsini rəhbər tutaraq, iyunun 12-də mitinq təşkil etmək üçün icazənin verilməsi tələbini həm ölkənin Daxili İşlər Nazirliyinə, həm də Tehran əyalət başçısına ünvanlayıblar.

Trend -in arayışı: Ötən il iyunun 12-də keçirilən prezident seçkilərində İranın hazırkı Prezidenti Mahmud Əhmədinejad səslərin 62,63 faizini, onun əsas rəqibi, keçmiş Baş nazir Mir Hüseyn Musəvi isə 33,75 faizini toplayıb. Musəvi hökuməti səsvermənin nəticələrini saxtalaşdırmaqda günahlandırıb. Seçkilərin nəticələrindən narazı qalanların etiraz aksiyası polislə müxalifət tərəfdarları arasında toqquşmaya səbəb olub. Qarşıdurmalar zamanı onların bəziləri həlak olub. 1032 nəfər həbs olunub, onlardan bəziləri azadlığa buraxılıb. Bir sıra Qərb ölkələri İranda seçkilərdən sonra gərginləşən vəziyyətlə əlaqədar narahatlıqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti