...

İran tərksilah üçün vaxtın müəyyənləşdirilməsi tələbi ilə çıxış edir

Dünya xəbərləri Materials 17 İyun 2010 18:27 (UTC +04:00)
Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) 189 üzvünün dünyada nüvə silahlarının ləğv edilməsi ilə bağlı çağırışdan bir neçə həftə sonra İran bu qərarın həyata keçirilməsi üçün konkret müddətin müəyyənləşdirilməsi tələbi ilə çıxış edib.
İran tərksilah üçün vaxtın müəyyənləşdirilməsi tələbi ilə çıxış edir

Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) 189 üzvünün dünyada nüvə silahlarının ləğv edilməsi ilə bağlı çağırışdan bir neçə həftə sonra İran bu qərarın həyata keçirilməsi üçün konkret müddətin müəyyənləşdirilməsi tələbi ilə çıxış edib. Məlumatı Press TV yayıb.

İranın BMT-nin Cenevrədə yerləşən qərargahındakı nümayəndəsi Seyid Məhəmməd Rza Səccadi bəyan edib ki, dünya üçün daha çox təhlükəni bəzi ölkələrin nüvə arsenalı törədir.

O, nüvə silahına malik ölkələrin nüvə silahına malik olmayan ölkələri təhdid etməsini kəskin tənqid edib.

"Nüvə silahına malik dövlətlərin nə vaxtsa ondan istifadə etmək istəyi intizarında daima yaşamaq mümkün deyil. Beynəlxalq ictimaiyyətin bu məsələ ilə bağlı təcili və ciddi tədbirlər görməsi lazımdır", - o bildirib.

İran nümayəndəsi Cenevrədə nüvə tərksilahı üzrə keçiriləcək konfransda iştirak edəcək bütün nümayəndələri qlobal nüvə tərksilahı üçün vaxtı müəyyənləşdirməyə çağırıb.

Səccadi qeyd edib ki, konfransda xüsusi komissiyaya hər növ nüvə silahının ləğv edilməsi üzrə danışıqlara başlanmasını tapşırmaq lazımdır və əlavə edib ki, bu forum "bu məsələyə biganə qalmamalıdır".

Xəbər lenti

Xəbər lenti