...

İran müxalifəri "Pyasa" adlı yeni peyk telekanalı açıb

Dünya xəbərləri Materials 1 Sentyabr 2010 12:15 (UTC +04:00)
Ötən gecə İranda ölkə müxalifətinə məxsus "Pyasa" adlı yeni peyk telekanalı fəaliyyətə başlayıb. Telekanal İran, Yaxın Şərq, Şimali Afrika və Avropada yayımlanacaq. Bu barədə İran müxalifətinin rəsmi saytı "Kaleme" məlumat verib.
İran müxalifəri "Pyasa" adlı yeni peyk telekanalı açıb

Ötən gecə İranda ölkə müxalifətinə məxsus "Pyasa" adlı yeni peyk telekanalı fəaliyyətə

başlayıb. Telekanal İran, Yaxın Şərq, Şimali Afrika və Avropada yayımlanacaq. Bu barədə İran müxalifətinin rəsmi saytı "Kaleme" məlumat verib.

Telekanalın fəaliyyətə başlaması ilə yanaşı,  "Ryasa - Yaşıl KİV" adı altında veb-saytı da açılıb. Orada onlayn rejimdə xəbərlərlə, ekspert rəyləri, təhlillərlə tanış olmaq mümkündür.

Hazırkı məqamda kanal maliyyə çətinlikləri ucbatından gündə bir saat ərzində yayımlanır. "Yaşıl hərəkat"ln nümayəndələri əhalini efir vaxtının artırılmasına kömək etməyə çağırır.

Telekanal "Telstar 12" peykindən yayımlanacaq.

Xəbər lenti

Xəbər lenti