...

İran xarici işlər naziri Əfqanıstana səfər edib

Dünya xəbərləri Materials 8 Sentyabr 2010 12:32 (UTC +04:00)
İranın xarici işlər naziri Mənuçöhr Möttəki sentyabrın 7-də Əfqanıstanda səfərdə olub. Bunu Əfqanıstan Prezidenti Aparatının mətbuat xitmətinin rəhbəri Həmid Elmi Trend-ə deyib. O əlavə edib ki, Möttəki ötən gün axşam ölkə Prezidenti Həmid Kərzai ilə görüş keçirib.
İran xarici işlər naziri Əfqanıstana səfər edib

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir D.Xatınoğlu/

İranın xarici işlər naziri Mənuçöhr Möttəki sentyabrın 7-də Əfqanıstanda səfərdə olub. Bunu  Əfqanıstan Prezidenti Aparatının mətbuat xitmətinin rəhbəri Həmid Elmi Trend-ə deyib. O əlavə edib ki, Möttəki ötən gün axşam ölkə Prezidenti Həmid Kərzai ilə görüş keçirib. 

"Möttəkinin səfərinin əsas məqsədi iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi  və BMT Baş Assembleyasının keçiriləcək iclasında iki ölkə rəhbərinin ortaq mövqedən çıxış etməsi məsələsini müzakirə etmək olub", - deyə Elmi bildirib. O, iki ölkənin hansı məsələ ilə bağlı "ortaq mövqe"yə gəlməsi barədə və eləcə də müzakirələrin nəticəyə çatıb-çatmaması haqqında açıqlama verməyib.

BMT Baş Assembleyasının 65-ci sessiyası sentyabrın 14-də Nyu-Yorkda keçiriləcək.

İran dəfələrlə NATO və ABŞ qüvvələrinin Əfqanıstandan çıxarılmasını tələb edib. Əfqan rəsmiləri ölkənin təhlükəsizliyinin təmini məqsədi ilə NATO qüvvələrinin bu ərazidə qalmasını zəruri hesab edirlər.

Elminin sözlərinə görə, Möttəkinin səfərində heç bir rəsmi sənəd imzalanmayıb. O, Əfqanıstanın İranla bu ölkədə magistral yolların çəkilməsi və təmiri layihələrində əməkdaşlıqda maraqlı olduğunu bəyan edib.

Xəbər lenti

Xəbər lenti