...

İranda iraqlı hərbi əsir qalmayıb – Kəşfiyyat Bürosunun rəhbəri

Dünya xəbərləri Materials 7 Oktyabr 2010 16:06 (UTC +04:00)
İran səkkiz illik İran-İraq müharibəsi zamanı ələ keçirilən bütün iraqlı hərbi əsirləri 2003-cü ilədək vətənlərinə yola salıb, hazırda onlardan İslam Respublikasında qalan yoxdur.
İranda iraqlı hərbi əsir qalmayıb – Kəşfiyyat Bürosunun rəhbəri

İran səkkiz illik İran-İraq müharibəsi zamanı ələ keçirilən bütün iraqlı hərbi əsirləri 2003-cü ilədək vətənlərinə yola salıb, hazırda onlardan İslam Respublikasında qalan yoxdur. Bu barədə İran Kəşfiyyat Bürosunun rəhbəri, briqada generalı Həssam Haşimi bildirib. Məlumatı Press TV yayıb.

Haşiminin sözlərinə görə, müharibə zamanı İran, demək olar, 70 min iraqlını əsir götürmüşdü.

Hərbi əsirlərin ilk mübadiləsi 1990-cı ildə, yəni müharibə qurtarandan iki il sonra olub. Sonuncu mübadilə isə 2003-cü ildə baş tutub.

Xəbər lenti

Xəbər lenti