...

İranda bio-implantantların istehsalına başlanılıb

Dünya xəbərləri Materials 16 Oktyabr 2010 14:53 (UTC +04:00)
İranda göz bio-implantantlar və dəri örtüyünün bərpası üçün implatantların istehsalı üzrə istehsal xəttinin açılış mərasimi keçirilib.
İranda bio-implantantların istehsalına başlanılıb

İranda göz bio-implantantlar və dəri örtüyünün bərpası üçün implatantların istehsalı üzrə istehsal xəttinin açılış mərasimi keçirilib. Tədbirdə İran Prezidenti Mahmud Əhmədinejad iştirak edib. Bu barədə Prezident Administrasiyasının rəsmi saytında məlumat verilib.

Məlumata əsasən, ABŞ göz bio-implantantların istehsal texnologiyasına malik olsa da, İran onların sənaye istehsalını təşkil edən ilk ölkədir.

Dəri implantantları yanğın zamanı, kimyəvi maddələrlə təmas, diabet xəstəliyi zamanı korlanan dərinin bərpası və plastik əməliyyatlar üçün istifadə olunur.

Bundan əvvəl 2008-ci ildə İranda bio-impantantlar sümük toxumaları və ürək qan damarları üçün istehsal olunub.

Xəbər lenti

Xəbər lenti