...

Türkiyədə doqquz hərbçi həbs edilib

Dünya xəbərləri Materials 28 Oktyabr 2010 11:52 (UTC +04:00)
İstanbulda Ağır Cinayətlər üzrə Məhkəmə doqquz hərbçinin həbsinə qərar verib.
Türkiyədə doqquz  hərbçi  həbs edilib

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

İstanbulda Ağır Cinayətlər üzrə Məhkəmə doqquz hərbçinin həbsinə qərar verib. Bu barədə Türkiyənin "Haber Turk" telekanalı məlumat verir. Həbs olunan hərbçilər casusluq, dövlətə aid gizli sənədlərin məhvində və şantajda ittiham edilirlər. Həbs olunanların adları və vəzifələri açıqlanmayıb.

Xəbər lenti

Xəbər lenti