...

İranda sərnişin avtobusu yük maşını ilə toqquşub, 12 nəfər həlak olub

Dünya xəbərləri Materials 4 Mart 2011 14:22 (UTC +04:00)
İranda Zəncan - Qəzvin magistral yolunda sərnişin avtobusu yük maşını ilə toqquşub. Hadisə nəticəsində 12 nəfər həlak olub, 29 nəfər yaralanıb.
İranda sərnişin avtobusu yük maşını ilə toqquşub, 12 nəfər həlak olub

İranda Zəncan - Qəzvin magistral yolunda sərnişin avtobusu yük maşını ilə toqquşub. Hadisə nəticəsində 12 nəfər həlak olub, 29 nəfər yaralanıb. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, hadisə cümə günü səhər saat 07:45 radələrində baş verib. Avtobusda 41 nəfər olub. Xəsarət alanlar Zəncan şəhər xəstəxanasına çatdırılıblar. Yaralılardan 13 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Sərnişin avtobusunda olan sərnişinlər İranın Bəndər Abbas şəhərinin sakinləri olublar.

Xəbər lenti

Xəbər lenti