...

Tehran bazarında tətilə başlayıblar (FOTO)

Dünya xəbərləri Materials 8 Avqust 2011 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 avqust /Trend/

Tehran bazarında parça dükanlarının sahibləri ötən həftənin birinci günündən indiyə kimi vergilərə etiraz əlaməti olaraq tətilə başlayıblar. Bu barədə Trend İranın islahatçı düşərgəsinin rəsmi orqanı kaleme.com saytına istinadən məlumat verir.

Məlumata əsasən, Tehran bazarında parça satanlar yeni vergi qaydalarının tətbiqinə etiraz edirlər. Onlar vergilərin aşağı salınmasını tələb edirlər. Dükan sahibləri vergilərin yeni qaydalarla tətbiqinin infilyasiyaya və qiymətlərin artmasına səbəb olacağını bildiriblər və bu qaydaların ləğvini tələb ediblər.

Bir neçə ay bundan öncə Tehran bazarında qızıl dükanlarının sahibləri vergilərə etiraz olaraq dükanların bağlamış və tətillər keçirmişdilər.

Xəbər lenti

Xəbər lenti