...

Türkiyədəki AvroRƏM İsrailin müdafiəsinə yönəldilib - müxalifət

Dünya xəbərləri Materials 8 Fevral 2012 14:25 (UTC +04:00)
Türkiyədəki AvroRƏM İsrailin müdafiəsinə yönəldilib - müxalifət
Türkiyədəki AvroRƏM İsrailin müdafiəsinə yönəldilib - müxalifət

Azərbaycan, Bakı, 8 yanvar / Trend müxbir A.Tağıyeva/

Türkiyənin ana müxalifəti olan Cumhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu ölkənin Malatya şəhərində qurulan Avropa raket əleyhinə müdafiə sisteminin (RƏM) İsrailin hücümdan müdafiə edilməsi məqsədi daşıdığını bildirib. Bu barədə Türkiyənin "Haber Türk" telekanalı məlumat verib.

Türkiyə ərazisində AvroRƏM elementlərinin yerləşdirilməsi barədə qərar ötən il NATO-nun Lissabonda keçirilən sammitində qəbul olunub və Türkiyə əvvəldən bu təşəbbüsün həyata keçirilməsi ilə bağlı işlərə dəstək görtərib.

RƏM radarının Kürəcik hərbi bazasında yerləşdirilməsi barədə sazişi isə sentyabrda ABŞ-ın Türkiyədəki səfiri Frensis Rikardone və Türkiyə xarici işlər nazirinin müşaviri Firuddin Sınırlıoğlu imzalayıblar.

Türkiyə rəsmiləri Avropa raket əleyhinə müdafiə sisteminin (RƏM) hər hansı bir ölkəyə qarşı yönəlmədiyini dəfələrlə bəyan ediblər.

Rəsmi Tehran bu qərarla bağlı dəfələrlə Ankaraya öz narahatlığını bildirib.

Xəbər lenti

Xəbər lenti