Azərbaycan, Bakı, 28 mart /Trend/
"İslam Komitəsi" hərəkatının lideri Heydər Camalın mənzilində axtarış internetdə terrorizmə çağırışla bağlı məqalənin yerləşdirilməsi ilə əlaqədar aparılıb. Trend-in məlumatına görə, bu barədə RF Federal Təhlüksəzilik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzindən bildirilib.
"İlkin istintaq müəyyən edib ki, internet şəbəkəsində islamcom.ru saytında Yusif əl-İyeri adından geniş oxucu kütləsi üçün açıq "Cihadda qadınların rolu" adlı məqalə dərc edilib. Müəllif məqalədə islam dininə etiqad edən qadınların, eləcə də Çeçenistan Respublikası ərazisindəki RF Silahlı Qüvvələrinin hərbiçilərinə qarşı terror fəaliyyətlərindən nümunələr göstərir və oxucular açıq şəkildə onlardan nümunə götürməyə çağırılır", - məlumatda deyilir. Xəbəri RİA Novosti yazır.
"İslamcom.ru saytında həmin məqalənin yerləşdirilməsi Camal Heydər Cahidoviçin rəhbəri olduğu "İslam Komitəsi" regionlararası ictimai hərəkatının ofisindəki kompyuterdən həyata keçirilib", - FTX-dən deyiblər.