...

Gürcüstan vətəndaşlarının etnik əlamətlərə görə bölünməsinə haqq qazandırıla bilməz – deputat

Dünya xəbərləri Materials 25 Aprel 2012 11:05 (UTC +04:00)
Gürcüstan vətəndaşlarının etnik əlamətlərə görə bölünməsinə və rəqiblərin milli mənsubiyyətinə görə tənqid olunmasına haqq qazandırıla bilməz.
Gürcüstan vətəndaşlarının etnik əlamətlərə görə bölünməsinə haqq qazandırıla bilməz – deputat

Gürcüstan, Tbilisi, 25 aprel / Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan vətəndaşlarının etnik əlamətlərə görə bölünməsinə və rəqiblərin milli mənsubiyyətinə görə tənqid olunmasına haqq qazandırıla bilməz. Trend-in məlumatına görə, bu barədə Gürcüstan parlamentinin deputatı Azər Süleymanovun yaydığı bəyanatda deyilir.

Gürcüstan parlamentindəki dünənki insidentdən sonra Süleymanovun bəyanatını "Milli hərəkat" fraksiyasının mətbuat xidməti yayıb.

Müxalifətçi deputat Condi Baqaturiya Gürcüstan parlamentində qondarma "erməni soyqırımı"nın tanınması məsələsini qaldırıb, lakin deputat Süleymanov bu təklifin əleyhinə çıxıb. Mübahisənin dava keçməsinə pristavlar və deputat həmkarlar imkan verməyiblər.

"Milli hərəkat" fraksiyasının bəyanatında qeyd olunub ki, Baqaturiyanın məqsədi millətlərarası ədavəti qızışdırmaqdır.
"Belə mövzuların ölkəmiz üçün, Gürcüstanda birlik və vətəndaş sakitliyi üçün nə qədər ziyanlı olduğu hamıya məlumdur. Bununla yanaşı, bəyan edirəm ki, emosinal fona baxmayaraq Gürcüstan vətəndaşlarının etnik əlamətlərə görə bölünməsinə haqq qazandırıla bilməz", - Süleymanovun bəyanatında deyilir.

Xəbər lenti

Xəbər lenti