...

Türkiyə sərhədi Suriya tərəfdən təkrar pozularsa, Ankara NATO-ya müraciət edəcək

Dünya xəbərləri Materials 26 Aprel 2012 10:04 (UTC +04:00)
Əgər Suriya ordusu Türkiyə sərhədini pozarsa, Ankara bu problemin həlli üçün NATO-ya müraciət edəcək.
Türkiyə sərhədi Suriya tərəfdən təkrar pozularsa, Ankara NATO-ya müraciət edəcək

Azərbaycan, Bakı, 26 aprel / Trend, müxbir A.Tağıyeva /

Əgər Suriya ordusu Türkiyə sərhədini pozarsa, Ankara bu problemin həlli üçün NATO-ya müraciət edəcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Qətərin "Əl-Cəzirə" telekanalına müsahibəsində deyib.

"Türkiyə NATO-nun üzvüdür. Alyansa üzv olan ölkənin sərhədlərinin pozulması kömək üçün NATO-ya müraciət etmək hüququ verir", - Ərdoğan deyib.

Baş nazir onu da qeyd edib ki, Türkiyə həmişə Suriya müxalifətini dəstəkləyəcək və bu ölkədən olan bütün qaçqınları qəbul edəcək.

Ərdoğan deyib ki, Əsəd rejimi bu qədər cinayətlərdən sonra artıq hakimiyyətdə qala bilməz.

Xəbər lenti

Xəbər lenti