...

İİKK İran körfəzində ABŞ pilotsuz təyyarəsini vurduğunu bəyan edib

Dünya xəbərləri Materials 4 Dekabr 2012 12:36 (UTC +04:00)
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələri İran körfəzində ABŞ-ın pilotsuz uçuş aparatını vurub. Bunu kontr-admiral Əli Fədavi bəyan edib.
İİKK İran körfəzində ABŞ pilotsuz təyyarəsini vurduğunu bəyan edib

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov /

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələri İran körfəzində ABŞ-ın pilotsuz uçuş aparatını vurub. Bunu kontr-admiral Əli Fədavi bəyan edib. Trend-in məlumatına görə, xəbəri çərşənbə axşamı Fars agentliyi yayıb.

Fədavinin sözlərinə görə, aparat İran sərhədini keçib və bundan sonra İran tərəfindən vurularaq ələ keçirilib.

İranın İİKK komandanlığı bəyan edib ki, onların mütəxəssisləri kəşfiyyat fəaliyyəti həyata keçirən "ScanEagle" tipli pilotsuz təyyarənin məsafədən idarəetmə sistemi üzərində nəzarəti ələ keçirməyə nail olublar.

Fədavi qeyd edib ki, təyyarə son bir neçə gün ərzində Fars körfəzi regionunda olub və burada məlumat toplayıb.

Bir müddət əvvəl, oktyabrın əvvəlində Amerikanın "MQ-1 Predator" pilotsuz təyyarəsi Hark şəhəri üzərində kəşfiyyat uçuşu həyata keçirib. Ona iki İran təyyarəsi tərəfindən hücum olunub. Amerika tərəfi təyyarənin beynəlxalq hava məkanında olduğunu bəyan edib.

Bir müddət əvvəl İran ordusunun Baş qəraqgahının rəisi, briqada generalı Məsud Cazayeri bəyan edib ki, iranlı hərbiçilər istənilən hava məkanının pozulması cəhdinin qarşısını alacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti