...

İslam İnqilabı Keşikçiləri Korpusu: İrana qarşı sanksiyalar iqtisadi müharibə forması alıb

Dünya xəbərləri Materials 10 Dekabr 2012 14:29 (UTC +04:00)
Hazırda İrana qarşı təhdidlərin əsas formaları hərbi, iqtisadi və kiber-təhdidlərdir.
İslam İnqilabı Keşikçiləri Korpusu: İrana qarşı sanksiyalar iqtisadi müharibə forması alıb

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbirlər T. Cəfərov, E. Tariverdiyeva/

Hazırda İrana qarşı təhdidlərin əsas formaları hərbi, iqtisadi və kiber-təhdidlərdir. Trend-in bazar ertəsi "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın "Qeyri-operativ müdafiə" təşkilatının rəhbəri, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandirlərindən biri Qulam Rza Cəlali deyib.

O qeyd edib ki, İrana qarşı iqtisadi təhdidlər ABŞ-ın ölkəyə münasibətdə iqtisadi müharibə aparması formasına çevrilib.

Kiber-hücumlar barəsində danışan Cəlalinin sözlərinə görə, İranın bir neçə nazirliyi arasında koordinasiyanın olmaması onların kiber-məkanı üçün müəyyən zəif nöqtələr yaradır.

O ümid etdiyini bildirib ki, ölkə parlamenti bəzi nazirliklərin birləşməsi haqqında qərar qəbul edərkən bunu diqqətə alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti