...

İranda iki nəfər əhalinin gözü qarşısında edam olunb

Dünya xəbərləri Materials 18 Yanvar 2013 09:46 (UTC +04:00)
Bu gün İranın Tehran əyalətinin Pakdəşt şəhərinin mərkəzində 2 nəfər əhalinin gözü qarşısında edam olunub.
İranda iki nəfər əhalinin gözü qarşısında edam olunb

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir T.Cəfərov/

Bu gün İranın Tehran əyalətinin Pakdəşt şəhərinin mərkəzində 2 nəfər əhalinin gözü qarşısında edam olunub. Bu barədə Trend İranın İSNA xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, həmin şəxslər adam oğurluğu, qətl və zorlamada ittiham olunaraq edam cəzasına məhkum ediliblər.

Qeyd edək ki, 2012-ci ilin oktyabr-noyabr aylarında Tehranda narkotik maddələrin qanunsuz dövriyyəsi və satışı ittihamı ilə 20 nəfər edam olunub. Beynəlxalq KİV-in məlumatına görə, ötən il İranda 587 nəfər şəxs edam olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti