...

İranda daha 5 nəfər edam olunub

Dünya xəbərləri Materials 31 Yanvar 2013 13:53 (UTC +04:00)
Bu gün İranın Kirman şəhərinin mərkəzi həbsxanasında 5 nəfər edam olunub. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.
İranda daha 5 nəfər edam olunub

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir T.Cəfərov/

Bu gün İranın Kirman şəhərinin mərkəzi həbsxanasında 5 nəfər edam olunub. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, həmin şəxslər odlu silahdan istifadə və narkotikn qaçaqmalçılığında ittiham olunaraq edam cəzasına məhkum ediliblər.

Qeyd edək ki, 2012-ci ilin oktyabr-noyabr aylarında Tehranda narkotik maddələrin qanunsuz dövriyyəsi və satışı ittihamı ilə 20 nəfər, dekabrda isə 5 nəfər edam olunub. Beynəlxalq KİV-in məlumatına görə, ötən il İranda 587 nəfər edam olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti