...

İran həbsxanasında növbəti edamlar

Dünya xəbərləri Materials 20 Fevral 2013 09:35 (UTC +04:00)
Ötən gün İranın Şiraz şəhərinin Adilabad həbsxanasında 8 nəfər edam olunub.
İran həbsxanasında növbəti edamlar

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir T.Cəfərov/

Ötən gün İranın Şiraz şəhərinin Adilabad həbsxanasında 8 nəfər edam olunub. Trend-in məlumatına görə, İranın "Fars" agentliyi bu gün bu barədə məlumat yayıb.

Məlumata əsasən, həmin şəxslər 2008-2011-cil illər ərzində narkotik qaçaqmalçılığında ittiham olunaraq həbs olunub və edam cəzasına məhkum ediliblər.

Qeyd edək ki, 2012-ci ilin oktyabr-noyabr aylarında Tehranda narkotik maddələrin qanunsuz dövriyyəsi və satışı ittihamı ilə 20 nəfər, dekabrda isə 5 nəfər edam olunub. Beynəlxalq KİV-in məlumatına görə, ötən il İranda 587 nəfər edam edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti