Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir R.Hafizoğlu/
Misirdə hərbi çevriliş edilənədək bu ölkənin Prezidenti Məhəmməd Mursi Türkiyəyə getmək barədə təklif alıb. Bu barədə Trend "Star" qəzetinə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, təklif olunan ölkələr arasında Qətər və Yəmən də olub. Misirdəki diplomatik mənbələrə istinadən qəzet yazır ki, Məhəmməd Mursi ölkəni tərk etməkdən imtina edib.
Hakimiyyətə verilən ultimatumun vaxtı başa çatdıqdan sonra iyulun ikisində Misir ordusu hərbi çevriliş edərək ölkədə hakimiyyəti ələ alıb.
"Əl-Cəzirə" telekanalı məlumat verir ki, Misir Prezidenti Məhəmməd Mursi və "Müsəlman qardaşları" təşkilatının üzvlərinə qarşı konstitusiyanın pozulması maddələri üzrə yeni ittihamlar irəli sürülüb.