...

Ketrin Eştona Misirin sabiq prezidenti Mursi ilə görüşməyə imkan verilib

Dünya xəbərləri Materials 30 İyul 2013 06:58 (UTC +04:00)
Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton bazar ertəsi axşam Misirin devrilmiş prezidenti Məhəmməd Mursi ilə görüşüb.
Ketrin Eştona Misirin sabiq prezidenti Mursi ilə görüşməyə imkan verilib

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton bazar ertəsi axşam Misirin devrilmiş prezidenti Məhəmməd Mursi ilə görüşüb. Hazırda Mursi Qahirədəki ordu strukturlarından birinə məxsus villada saxlanılır. Bu barədə Trend İTAR-TASS agentliyinə istinadən məlumat verir.

"Aş-Şuruk" qəzetinin çərşənbə axşamı bildirdiyinə görə, onların ünsiyyəti uzun müddəti davam edib və yerli vaxtla gecəyarıya yaxın başa çatıb. Bundan sonra Eştonun "Əl-İttihadiyə" prezident sarayına qayıdacağı gözlənilir. Eştonun hansı məqsədlə yenidən müvəqqəti dövlət başçısı Adli Mənsurun iqamətgahına baş çəkmək niyyətini Prezident Dəftərxanasının nümayəndələri dəqiqləşdirməyiblər.

Avropa İttifaqının ali nümayəndəsi bazar ertəsi Qahirəyə öz səfərini yekunlaşdırmağı planlaşdırırdı, lakin səfərinin müddətini daha bir gün uzadıb.

Qeyd edək ki, Eşton Qahirəyə özünün əvvəlki səfəri zamanı hakimiyyətdən kənarlaşdırılmış prezidentlə görüşə nail ola bilməmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti