...

XİN: İran Prezidentinin andiçmə mərasimində 52 ölkədən fəxri qonaq iştirak edəcək

Dünya xəbərləri Materials 2 Avqust 2013 12:48
İranın yeni seçilmiş Prezidenti Həsən Ruhaninin andiçmə mərasimində 52 ölkədən fəxri qonaq iştirak edəcək.
XİN: İran Prezidentinin andiçmə mərasimində 52 ölkədən fəxri qonaq iştirak edəcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir E. Tariverdiyeva/

İranın yeni seçilmiş Prezidenti Həsən Ruhaninin andiçmə mərasimində 52 ölkədən fəxri qonaq iştirak edəcək. Trend-in cümə günü IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Abbas Əraqçi deyib.

"Qarşıdakı andiçmə mərasimində 11 prezident, 8 vitse-prezident, iki Baş nazir, 3 Baş nazir müavini, 7 deputat və 11 xarici işlər naziri iştirak edəcək".

O qeyd edib ki, 12 ölkədən gələcək nümayəndə heyətinin tərkibi hələ dəqiqləşməyib.

Əraqçi bildirib ki, bəzi ölkələrin nümayəndələri mərasimdə iştirak etməyə hazırdırlar, lakin İran Parlamenti zalının məhdud olması səbəbindən daha çox iştirakçı qəbul edə bilməz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti