...

Misirin devrilmiş prezidenti Məhəmməd Mursninin həbs müddəti 30 gün artırıldı

Dünya xəbərləri Materials 15 Avqust 2013 17:37 (UTC +04:00)
Misir rəhbərliyi devrilmiş prezident Məhəmməd Mursinin həbsini 30 gün müddətinə uzadıb.
Misirin devrilmiş prezidenti Məhəmməd Mursninin həbs müddəti 30 gün artırıldı

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir A. Tağıyeva/

Misir rəhbərliyi devrilmiş prezident Məhəmməd Mursinin həbsini 30 gün müddətinə uzadıb. Trend-in məlumatına görə, bu barədə "RİA Novosti" yerli KİV-ə istinadən bildirib.

Bundan əlavə Azadlıq və Ədalət Partiyasının ("Müsəlman-Qardaşları təşkilatının siyasi qolu) sədri Saady əl-Katatninin də həbs müddəti 15 gün uzadılıb.

Bildirilir ki, Misir məhkəməsi aparılan araşdırma çərçivəsində ölkənin ordu tərəfindən devrilmiş Prezidenti Məhəmməd Mursiyə həbs cəzasının müddətini uzadıb. Bildirilir ki, Mursi HƏMAS hərəkatı ilə əməkdaşlıq etməkdə təqsirli bilinir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti