...

İranda edama məhkum olunmuş şəxslərin ailələri Parlamentin qarşısında aksiya keçirib

Dünya xəbərləri Materials 1 Sentyabr 2013 14:25 (UTC +04:00)
İran Parlamentinin qarşısında narkotik qaçaqmalçılığı ittihamı ilə edama məhkum olunan şəxslərin ailə üzvləri bu gün aksiya keçirib.
İranda edama məhkum olunmuş şəxslərin ailələri Parlamentin qarşısında aksiya keçirib

Azərbaycan, Bakı, 1 sentyabr / Trend, müxbir T.Cəfərov /

İran Parlamentinin qarşısında narkotik qaçaqmalçılığı ittihamı ilə edama məhkum olunan şəxslərin ailə üzvləri bu gün aksiya keçirib. Trend-in məlumatın görə, bu barədə Tabnak xəbər saytı məlumat verir.

Məlumata əsasən, aksiya iştirakçiları hökumətdən narkotik qaçaqmalçılığı ittihamı ilə edama məhkum olunmuş şəxslərin əfv olunmasını tələb ediblər.

Qeyd edək ki, İranın Narkotiklərlə Mübarizə Təşkilatının məlumatına görə, ölkədə məhbusların 100 min nəfərdən çoxu narkotik cinayətlərinə görə həbs edilib.

İran KİV-in məlumatına əsasən, hazırda İran zindanlarında 220 minə yaxın məhbus saxlanılır.

İranda məhbusların sayı Asiya ölkələri və bütövlükdə dünya ölkələri ilə müqayisədə yüksəkdir.

Beynəlxalq KİV-in məlumatına görə, 2012-ci ildə İranda 587 nəfər edam edilib. Həmin şəxslərin böyük əksəriyyəti narkotik qaçaqmalçılığı və zorlama ittihamı ilə edam olunub.

BMT və "Amnesty International" təşkilatı dəfələrlə İrandan edamların dayandırılmasını tələb edib.

Hüquq müdafiəçiləri bildiriblər ki, İranda edamların sayı rəsmi statistikada göstəriləndən daha çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti