...

İranda üç nəfər camaatın gözü qarşısında edam olunub

Dünya xəbərləri Materials 12 Sentyabr 2013 10:03 (UTC +04:00)
Bu gün səhər İranın Kohgiluyə və Boyer-Əhməd əyalətinin Dehdəşt şəhərinin mərkəzində camaatın gözü qarşısında üç nəfər edam olunub.
İranda üç nəfər camaatın gözü qarşısında edam olunub

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir T.Cəfərov/

Bu gün səhər İranın Kohgiluyə və Boyer-Əhməd əyalətinin Dehdəşt şəhərinin mərkəzində üç nəfər camaatın gözü qarşısında edam olunub. Trend-in məlumatına görə, bu barədə İranın "FARS" agentliyi xəbər verir.

Məlumata əsasən, edam olunmuş şəxslər 2011-ci ildə Dehdəşt şəhərinin Əlişir qəsəbəsində bir qadını ərinin gözü qarşısında zorladıqlarına görə edam cəzasına məhkum ediliblər.

Beynəlxalq KİV-in məlumatına görə, 2012-ci ildə İranda 587 nəfər edam edilib. Həmin şəxslərin böyük əksəriyyəti narkotik qaçaqmalçılığı və zorlama ittihamı ilə edam olunub.

BMT və "Amnesty International" dəfələrlə İrandan edamların dayandırılmasını tələb edib.
Hüquq müdafiəçiləri bildirirlər ki, İranda edamların sayı rəsmi statistikada göstəriləndən daha çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti