...

NATO-nun baş katibi Ukraynanı zorakılıqdan çəkinməyə çağırır

Dünya xəbərləri Materials 2 Dekabr 2013 02:24 (UTC +04:00)
NATO-nun baş katibi Anders Foq Rasmussen Ukraynada bütün tərəfləri zorakılıqdan çəkinməyə, Ukrayna hakimiyyətini isə söz və toplaşma azadlığına əməl etməyə çağırır.
NATO-nun baş katibi Ukraynanı zorakılıqdan çəkinməyə çağırır

Azərbaycan, Bakı, 2 dekabr /Trend/

NATO-nun baş katibi Anders Foq Rasmussen Ukraynada bütün tərəfləri zorakılıqdan çəkinməyə, Ukrayna hakimiyyətini isə söz və toplaşma azadlığına əməl etməyə çağırır. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə alyansın baş katibinin bazar günü yayıldığı bəyanatında deyilir.

"Mən nə olursa-olsun, bütün tərəfləri zorakılıq və gücdən istifadə etməkdən çəkinməyə çağırıram. Mən Ukraynanı ATƏT-in fəaliyyətdə olan sədri kimi beynəlxalq öhdəlikləri tam yerinə yetirməyə, həmçinin söz və toplaşma azadlığına riayət etməyə çağırıram", - Rasmussen deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti